Çərşənbə, 15 May

"İslamofobiyanın ABŞ-də qətiyyən yeri yoxdur" - Bayden

image

ABŞ administrasiyası müsəlmanlara qarşı əhval-ruhiyyənin artması fonunda islamofobiyaya qarşı mübarizə strategiyası hazırlamağa başlayıb. 

Xəbər verilir ki, bununla bağlı ABŞ prezidenti Co Bayden Ramazan bayramına həsr olunmuş bəyanatında bildirib. 

"Mənim administrasiyam islamafobiya və əlaqəli qərəz və ayrı-seçkilik formaları ilə mübarizə üçün ilk milli strategiya hazırlayır", - Ağ Evin bəyanatında deyilir.

ABŞ prezidenti ölkədə müsəlmanlara qarşı nifrətin artmasından danışıb: "Müsəlman amerikalılara qarşı nifrət və zorakılığın həyəcan verici artımını gördük. İslamofobiyanın ABŞ-də qətiyyən yeri yoxdur". 

Qeyd edək ki, ötən həftə Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00